Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşlərini keçirib.
Kapitan İlahə Qədimovadır, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət komanda A qrupunda ABŞ və FIDE kollektivləri ilə üzləşib. Hər iki görüş yığmamızın müvafiq olaraq 0,5:3,5 və 1:3 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, Azərbaycan millisi buna kimi Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub – 1,5:2.5.














