Azərbaycanın kişi voleybolçulardan ibarət “Azerrail” klubu CEV Kubokunda 1/32 final mərhələsinin cavab oyununu keçirib. Niderlandda “Orion Stars”ın qonağı olan komandamız 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə Niderland təmsilçisi 3:1 hesabı ilə üstün olmuşdu.














