Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Yığmamız B qrupunun oyununda səfərdə Cəbəllütariq millisi ilə üz-üzə gəlib. Futbolçularımız 1 qolun vurulduğu matçda sevinən tərəf olublar. Komandamızın yeganə qolunu Murad Məmmədov vurub.
Hazırda Portuqaliya 13 xalla liderdir. Onlar Çexiya və Şotlandiyanı 3 xal qabaqlayırlar. Bolqarıstan 7 xalla 4-cü, Azərbaycan 5 xalla 5-cidir. Cəbəllütariq isə keçirdiyi bütün görüşlərdə uduzub.
Azərbaycan millisi qrupdakı növbəti oyununu 2026-cı il martın 27-də doğma meydanda Portuqaliyaya qarşı keçirəcək.


















