İspaniyanın Linares şəhərində şahmat üzrə qadınlar arasında komandalararası dünya çempionatı start götürüb. Turnirin ilk günündə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət Azərbaycan yığması iki görüş keçirib.

Zəka sahiblərimiz ilk turda Peruya 3-1 hesabı ilə qalib gəlib. Ülviyyə Fətəliyeva və Xanım Balacayeva görüşü qələbə ilə tamamlayıblar. Gövhər Beydullayeva və Gülnar Məmmədova isə heç-heçə edib. Komandamız ikinci turda Qazaxıstana 1 xal yarım, 2 xal yarım hesabı ilə uduzub. Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Ayan Allahverdiyeva heç-heçə edib. Gülnar Məmmədova isə dueldən məğlub ayrılıb.

Xatırladaq ki, milli komandamızın A qrupundakı rəqibləri arasında ABŞ, İspaniya, Qazaxıstan və FİDE komandaları da yer alacaq.