Azərbaycanın qadın şahmatçılardan ibarət millisi bu gün İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşlərini keçirəcək. Kapitan İlahə Qədimovadır, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət komanda A qrupunda ABŞ və FIDE kollektivləri ilə üzləşəcək.

Millimiz ötən gün ilk görüşündə Peruya qalib gəlibsə, Qazaxıstana uduzub.

A qrupunda FIDE kollektivi 4 xalla liderdir. Azərbaycan, Qazaxıstan, İspaniya və ABŞ-nin 2 xalı var. Peru isə xalsızdır.