Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi oyunları davam edir. Güləş yarışlarının ikinci günündə 5 idmançımız xalçaya çıxıb.

57 kq çəkidə mübarizə aparan Jalə Əliyeva finala kimi uğurla irəliləyib. Həlledici dueldə Türkiyədən Elvira Süleymanı məğlub edən Əliyeva, karyerasında ikinci dəfə İslamiadanın qalibi olub.

Yunan-Roma güləşində 97 kq-da yarışan Murad Əhmədiyev yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. 50 kq-da Elnurə Məmmədova üçüncü olub.

53 kq-da Gültəkin Şirinova, 130 kq-da Beka Kandelaki isə medalsız qalıblar. Qeyd edək ki, hazırda Azərbaycan güləş millisinin aktivində 1-i qızıl, 2-si gümüş və 1-i bürünc olmaqla 4 mükafat var.