Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
Misir seçməsi ilə qarşılaşan komandamız 22:15 hesablı qələbəyə sevinib və finala yüksəlib.
Millimizin həlledici matçda rəqibi Türkiyə – İran oyununun qalibi olacaq.














