Gələn il 1-3 oktyabr tarixlərində baş tutacaq üzgüçülük üzrə Dünya Kubokunun ilk mərhələsi Azərbaycanda keçiriləcək. Yarışa Bakı Su İdman sarayı ev sahibliyi edəcək. Bununla bağlı Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyanın prezidenti Hüseyn Əl-Müsəlləm arasında müqavilə imzalanıb. Mərasimdə Gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Turnirin “Silk Way” yəni “İpək Yolu” Dünya Kuboku adını alacağı açıqlanıb.













