3×3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Finalda Türkiyə yığması ilə qarşılaşan seçməmiz rəqibini 21:13 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, buna kimi 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının ən güclüsü adını qazanan millimiz titulunu qoruyub














