19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin son oyununda qələbə qazanıb.
Yığmamız 13-cü qrupda səfərdə Maltanın ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 2:1 hesablı qələbəsi ilə bitib. Millinin qollarını Nadir Orucov və Şahismayıl Cəfərov vurub.
Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub. Komandamız qrupu 3 xalla 3-cü bitirib.


















