Bu gün Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatında mübarizəyə başlayacaq. A qrupunda yer alan yığma ilk oyununda Peru ilə qarşılaşacaq.

Qrupun digər görüşlərində ABŞ İspaniya ilə, FIDE komandası ilə Qazaxıstanla üzləşəcək

Millinin heyəti kapitan İlahə Qədimova, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarətdir.

Qeyd edək ki, dünya çempionatı noyabrın 24-də başa çatacaq.