Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb. 67 kq çəki dərəcəsində yarışan idmançımız finala kimi uğurla irəliləyib. Ancaq qızıl medal uğrunda dueldə İran təmsilçisi Səid İsmailiyə 3:8 hesabı ilə uduzaraq gümüş mükafatla kifayətlənib.

Qeyd edək ki, digər təmsilçilərimizdən Nihat Məmmədli, Ülvü Qənizadə (hər ikisi 60 kq) və İslam Abbasov (87 kq) günü medalsız başa vurublar.