2026-cı ildə Amerika Birləşmiş Ştatları, Kanada və Meksikada təşkil ediləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi davam edir. Almaniya ilk dövrədəki məğlubiyyətin revanşını Slovakiyadan alaraq, tarixində 21-ci dəfə mundiala vəsiqə qazanıb. Bu uğuru Niderland millisi də təkrarlayıb. Litvanı məğlub edən “narıncılar” 12-ci dəfə dörd illiyin ən böyük futbol turnirində mübarizə aparacaq.
A qrupu:
Almaniya 6:0 Slovakiya
Şimali İrlandiya 1:0 Lüksemburq
G qrupu:
Niderland 4:0 Litva
Malta 2:3 Polşa
L qrupu:
Çexiya 6:0 Cəbəllütariq
Monteneqro 2:3 Xorvatiya











