Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib. Yığmamız Qazaxıstan komandası ilə qarşılaşıb. Matç 34:31 hesabı ilə rəqibin qələbəsi ilə bitib.

Qeyd edək ki, millimiz daha əvvəl Özbəkistana 26:28 hesabı ilə uduzub. Seçməmizin Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.