Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən yaxşı futbolçusu mükafatına namizədlərin son siyahısını təqdim edib. Mükafat uğrunda 3 futbolçu mübarizə aparacaq. Onlar “Liverpul”un misirli hücumçusu Mohammed Salah, “Qalatasaray”ın nigeriyalı forvardı Viktor Osimhen və PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimidir. Qeyd edək ki, ötən il Afrikanın ən yaxşı oyunçusu adını “Atalanta”nın hücumçusu Ademola Lukman əldə edib.
Dünya futbolu Afrikanın ən yaxşı futbolçusu bu 3 oyunçudan biri olacaq














