Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları davam edir. Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol komandası A qrupunda növbəti oyununu keçirib. Seçməmiz Türkiyəni 19-11 hesabı ilə məğlub edib. Qeyd edək ki, buna kimi yığmamız ev sahibi kollektivi üstələyib.