Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Fransa yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:1.
Hesabı 4-cü dəqiqədə Renat Dadaşov açıb.
Qonaqlarda 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş fərqlənib. 45+1-ci dəqiqədə isə Şahruddin Məhəmmədəliyev avtoqol müəllifi olub.
D qrupunun digər matçında Ukrayna İslandiyanı üstələyib – 2:0.
Qeyd edək ki, 16 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni əvvəlki turda təmin edib. Xallarının sayını 10-a çatdıran Ukrayna pley-offa yüksəlib. 7 xalı olan İslandiya seçmə mərhələni üçüncü sırada bitirib. Azərbaycan millisi 1 xalla dördüncü ola bilib.


















