Azərbaycan Basketbol Liqasında VII turun növbəti oyunları bu gün keçiriləcək.

A qrupunun “Gəncə” – “Abşeron Lions”, B qrupunun “Ordu” – “Quba” matçları saat 14:00-da start götürəcək.

A qrupunun NTD – “Sabah” görüşü saat 18:00-da başlayacaq.

Qeyd edək ki, turun “Şəki” – “Neftçi” qarşılaşması qeyri-müəyyən müddətə təxirə salınıb. Daha əvvəl “Lənkəran” “Sərhədçi”ni (83:78), “Naxçıvan” “Sumqayıt”ı (116:99) məğlub edib.