Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının III turunun proqramı açıqlanıb.

Oyunlar 19, 20 və 21 noyabrda baş tutacaq.

Bu turda “Gənclər” komandası istirahət edəcək. “Milli Aviasiya Akademiyası” – “Abşeron” oyununun keçiriləcəyi yer və vaxt barədə əlavə məlumat veriləcək.

Yüksək Liqa (qadınlar)
III tur

19 noyabr

17:00. “UNEC” – “Azərreyl”

UNEC voleybol klubunun idman zalı

20 noyabr

16:00. “DH Volley” – “Murov Az Terminal”

Azərbaycan Voleybol Federasiyasının idman zalı

21 noyabr

18:00. “Gəncə” – “Turan”

Gəncə İdman Sarayı