Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 2025-ci il WTA Yekun çempionatı başa çatıb.

Finalda fünya reytinqinin birincisi belaruslu Arina Sabalenka və altıncı pillədə qərarlaşan Qazaxıstan təmsilçisi Yelena Rıbakina üzləşib. Hər iki seti 6:3 və 7:6 aktivinə yazan Rıbakina karyerasında ilk dəfə turnirin qalibi olub. Bu, qalibiyyət Rıbakinanın 11-ci tituludur.