Misli Premyer Liqasında 44 günlük Vətən müharibəsinin beşinci ildönümü münasibəti ilə “Zəfər turu” adı verilən XI tura yekun vurulub. Günün ilk matçında “Sabah” “Kəpəz”lə qarşılaşıb. Oyun Masazır klubunun 3:1 hesablı qələbəsi ilə bitib. “Sabah” çempionatda 8 oyundur uduzmur. Son 3 liqa matçın məğlub olan və yalnız 2 qol vura bilən “Kəpəz” isə qapısında 11 top görüb.
Son görüşdə isə “Qarabağ” “Neftçi”ni qəbul edib. Liqada sayca 100-cü Azərbaycan derbisində ağdamlılar 2:0 hesablı qalibiyyətə sevinib. “Ağ-qaralar”a qarşı son 12 matçda qələbə qazanan Qurban Qurbanovun kollektivi bu dueldə 19 oyundur uduzmur.
Hazırda turnir cədvəlinə 23 xalla “Qarabağ” başçılıq edir. İkinci pillədə 22 xala malik “Turan Tovuz” qərarlaşıb. İlk üçlüyü 21 xallı “Sabah” qapayır.


















