Azərbaycan millisinin üzvü Mahir Emreli zədələnərək sıradan çıxıb. Almaniya 2-ci Bundesliqasında mübarizə aparan “Kayzerslautern”də çıxış edən 27 yaşlı hücumçu ötən gün 9 turdan ilk dəfə Almaniya 2-ci Bundesliqasında oyuna çıxıb. “Herta”ya qarşı matçın 63-cü dəqiqəsində meydana çıxan futbolçu, 78-ci dəqiqədə zədələnib və əvəzlənib.