Gəncə şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Gəncə İdman Sarayında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.
Mərasimin açılışını Gənclər və idman naziri Fərid Qayıbov edib. Rəsmi çıxışdan sonra Dövlət Himni səsləndirilib. Tədbir bədii hissə ilə davam edib.
Noyabrın 16-na kimi davam edəcək turnir iki hissədən ibarət olacaq. Əvvəlcə gənclər və 15 yaşadək idmançılar yarışa qoşulacaq. Noyabrda 14-ü isə böyüklər arasında mübarizəyə satrt veriləcək.
Qeyd edək ki, Avropa çempionatında 20 ölkədən 380 gimnast mübarizə aparır. Onlar fərdi, üçlük, qarışıq cütlük, qrup və aerodans proqramları üzrə çıxış edəcəklər.














