Misli Premyer Liqasında 44 günlük Vətən müharibəsinin beşinci ildönümü münasibəti ilə “Zəfər turu” adı verilən XI turun daha iki matçı keçirilib. “Araz-Naxçıvan” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda “Karvan-Yevlax”la qarşılaşıb və 2:1 hesablı əzmkar qələbə qazanıb.

Digər qarşılaşmada isə “Zirə” doğma meydanda “Turan Tovuz”la üzləşib. Görüş qolsuz heç-heçə ilə bitib. Hazırda qərb təmsilçisi 22 xalla turnir cədvəlinə başçılıq edir. “Zirə”, “Sumqayıt” və “Qarabağ”ın 20 xalı var. “Araz-Naxçıvan” onlardan 1 xal geri qalır.

Tur sabah keçiriləcək “Sabah” – “Kəpəz” və “Qarabağ” – “Neftçi” oyunları ilə yekunlaşacaq. Müvafiq olaraq saat 15:44 və 18:44-də başlayacaq matçlar “CBC Sport”la canlı yayımlanacaq.