Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatı başa çatıb.

Qitə birinciliyi U-8-dən U-18-ə qədər yaş kateqoriyalarında keçirilib. Turnirdə Azərbaycanı 47 şahmatçı təmsil edib. Yekunda Xaqan Əhməd (U-14, açıq kateqoriya) 7,5 xal toplayaraq birinci yeri tutub və Avropa çempionu adını qazanıb.

Bundan əlavə, Mehriban Əhmədli (U-10, qızlar) 7,5 xalla gümüş medal, Məryəm Ağaverdiyeva (U-16, qızlar) isə 7 xalla bürünc medala sahib çıxıb. Ümumilikdə Avropa çempionatında 48 ölkədən 1169 şahmatçı iştirak edib. Turnir İsveçrə sistemi üzrə keçirilərək doqquz turdan ibarət olub.