Azərbaycanlı atıcı Nigar Nəsirova Misirin paytaxtı Qahirədə keçirilən ISSF Dünya Çempionatında gümüş medal qazanıb.
İdmançımız 50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal toplayaraq ikinci yerə çıxıb. O, qalib çinli Yao Qianxundan yalnız əlavə göstəriciərdə geri qalıb. Belə ki, Qianxunun mərkəz vuruşları 8x olubsa, Nərirov rəqibindən bir dəqiq atış geridə qalıb. Bu nəticə ilə Nigar Nəsirova Qianxunla birgə yeni dünya rekordu müəyyənləşdirib.














