Azərbaycan batut və tamblinq gimnastikası komandası İspaniyanın Pamplona şəhərində keçirilən dünya çempionatında yüksək nəticəyə imza atıb.
Belə ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət komanda təsnifatda birinci yeri tutaraq finala vəsiqə qazanıb. Həlledici mərhədə 26 xal toplayan yığma bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub. Gümüş medala ABŞ, bürüncə isə Danimarka seçməsi sahiblənib. Mixail Malkin isə fərdi yarışlarda liderlik edir.
Qeyd etmək lazımdır ki, iki il əvvəl də Azərbaycan komandası dünya çempionatında qızıl medal qazanmış və Malkin fərdi yarışda birinci yeri tutmuşdu.














