Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.
Tədbir Əl-Cənadriyahda baş tutub. Açılış mərasimində öncəki oyunlardan, o cümlədən, Bakıdakı IV İslamiadadan kadrlar göstərilib. Mərasimdəki paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyıblar.
Qeyd edək ki, yarışda 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır. Azərbaycanı turnirdə 20 idman növündə 179 idmançı təmsil edir.













