Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarınının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.
Tədbirdə Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.













