UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Çelsi” ilə matçda zədələnən “Qarabağ”ın futbolçusu Kadi Borgesin hansı müddətdə yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.

Matçdan sonra müayinədə futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu 2:2 hesabı ilə yekunlaşıb.