“Abşeron Lions” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib. I qrupunda yarışan Azərbaycan təmsilçisi IV turda Estoniyanın “Kalev” klubunun qonağı olub. Görüş “şirlər”in 101:71 hesablı inamlı qələbəsi ilə bitib və onlar turnirdə ilk iki xalını əldə edib.
Qeyd edək ki, qrupun digər matçında “Neftçi” Polşanın “Trefl” kollektivinə 92:87 qalib gəlib.
Hazırda 7 xala amalik “Neftçi” “Trefl” ilə qrup liderliyini bölüşür. 5xallı “Abşeron Lions” üçüncü, ondan yalnız əlavə göstəricilərdə geri qalan “Kalev” sonuncudur.














