Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında boks üzrə yarışlara start verilib.
57 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Aynur Mikayılova ilk görüşünə çıxıb. O, 1/4 finalda yerli idmançı Hadeel Aşuru qarşılaşıb. Duel Mikayılovanın 5:0 hesablı inamlı qalibiyyəti ilə bitib.
Boksçumuz yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. O, noyabrın 9-da növbəti mərhələdə fələstinli Noura Abunabla üzləşəcək.











