Azərbaycanın basketbol klubu “Neftçi” FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.

I qrupunda mübarizə aparan təmsilçimiz IV tur çərçivəsində Polşanın “Trefl” komandası ilə üzləşib. Bakı İdman Sarayında keçirilən matç “ağ-qaralar”ın 92:87 hesablı qələbəsi ilə bitib.

Bu, “Neftçi”nin turnirdə üçüncü qələbəsi olub. Belə ki, səfərdə “Trefl”ə uduzan Bakı klubu Estoniyadan “Kalev”i və digər Azərbaycan təmsilçisi “Abşeron Lions”u üstələyib.