Bu gün Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər.
I qrupda çıxış edən “Neftçi” IV tur çərçivəsində evdə Polşanın “Trefl” komandası ilə üzləşəcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Qrupun digər matçında “Abşeron Lions” səfərdə Estoniyanın “Kalev” komandası ilə qarşılaşacaq. Bu görüş saat 21:30-da start götürəcək.
Qeyd edək ki, hazırda “Trefl” 6 xalla qrup lideridir. “Neftçi” 5 xalla ikinci, “Kalev” 4 xalla üçüncü, “Abşeron Lions” isə 3 xalla dördüncü sırada qərarlaşıb.














