Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb. Faiq Qarayevin rəhbərlik etdiyi yığma İran seçməsi ilə üz-üzə gəlib.

Şahzadə Feysəl ibn Fərhan Olimpiya Kompleksindəki qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 3:0 (25:11, 25:16, 26:24). Qeyd edək ki, Azərbaycan millisi noyabrın 6-da Tacikistan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.