“Qarabağ” Azərbaycan çempionatlarında 350-ci “quru” hesablı qələbəsini qazanıb. Ağdam klubu bu əlamətdar göstəriciyə Misli Premyer Liqasının X turunda, “İmişli”ni 2:0 hesabı ilə məğlub etdiyi matçda imza atıb.
“Qarabağ” 202 dəfə evdə, 145 dəfə səfərdə, 3 dəfə neytral meydanda qol buraxmadan qalib gəlib. Ağdamlıların ilk belə qələbəsi 1992-ci il mayın 6-da “Şirvan”la ev matçına (6:0) təsadüf edib. “Qarabağ”ın “quru” hesablı qələbələrindən beşi cari mövsüm qeydə alınıb.
Qeyd edək ki, “Neftçi” 319, “Şamaxı” 186, “Kəpəz” 150, “Bakı” 147, “Turan” 145 görüşdə qol buraxmadan xal itirməyib.

















