Azərbaycanlı hakim Əliyar Ağayev növbəti təyinat alıb. FIFA referisi UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşma noyabrın 4-də Praqada keçiriləcək.















