Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 6-cı İslam Həmrəyliyi Oyunları start götürəcək. Yarışda Azərbaycan boksçuları da mübarizə aparacaq.
Kişilərdən ibarət kollektiv baş məşqçi Ravşan Xocayev, məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında 60 kq çəkidə Məhəmmədəli Qasımzadə, 70-də Sərxan Əliyev və 80-də Səidcəmşid Cəfərovla təmsil olunacaq.
Qadınlardan ibarət milli isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında çıxış edəcək. Turnirdə 51 kq-da Zeynəb Rəhimova, 54-də Nərgiz Zeynalova, 57-də Aynur Mikayılova və 65-də Fatimə Mehdiyeva medalçılar sırasına düşməyə çalışacaq.
Boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. Noyabrın 5-də start götürəcək döyüşlər 5 gün sonra yekunlaşacaq.














