Luçano Spalletti İtaliya təmsilçisi “Yuventus”un baş məşqçisi təyin edilib.

66 yaşlı mütəxəssislə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

O, oktyabrın 27-də istefaya göndərilən İqor Tudoru əvəzləyib.

Qeyd edək ki, Spalletti son olaraq İtaliya millisini çalışdırıb. O, 2023-2025-ci illərdə yığmaya rəhbərlik edib.