NTD klubu ABŞ-dən olan basketbolçu Harrison Batleri transfer edib.
Bu barədə Bakı təmsilçisindən məlumat verilib.
26 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Harrison Batler son olaraq Meksika liqasında çıxış edən “Freseros İrapuato” klubunun şərəfini qoruyub.














