Gürcüstanın Tbilisi şəhərində qılıncoynatmanın sablya növü üzrə yeniyetmələr arasında “European CC Tbilisi-2025” beynəlxalq turnirinə yekun vurulub.

Züleyxa Sultanlı, Ayan Ağasıyeva və Cahan Sadxovadan ibarət Azərbaycan komandası yarışı birinci yerdə bitirib. Yığmamız finalda Gürcüstan yığmasına 45:37 hesabı ilə qalib gəlib.

Qız sablyaçıların şəxsi yarışında Züleyxa Sultanlı ikinci, Ayan Ağasıyeva isə üçüncü olub. Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında Abbas Hüseynov gümüş medala yiyələnib.