Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir. Bu gün iki Azərbaycan idmançısı final görüşünə çıxacaq.

Belə ki, 70 kq çəki dərəcəsində kanadalı Koul Koqhilə, Belçikadan Muhammad Abdurahmanova, ermənistanlı Davit Marqaryana və ABŞ-li Piter Dükə qalib gələn Kənan Heybətov həlledici duelə adlayıb. O, finalda iranlı Sina Xəliliylə güləşəcək.

125 kq-da yarışan Xetaq Karsanov isə belaruslu Pavel Cyatlavı, misirli Abdelrahman Şeyatanı, Türkiyədən Hakan Büyükçınqıldan və ABŞ-li Daniel Herreranı mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Karsanovun qızıl medal uğrunda rəqibi digər bir İran təmsilçisi Abolfazl Necad olacaq.