Monteneqronun Budva şəhərində boks üzrə keçirilən U-15 Avropa çempionatına yekun vurulub. Azərbaycan millisi yarışı 2 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
80 kq çəki dərəcəsində mübarizə aparan Mehran Rəsulov və 75-də Xumar Cəfərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kq), Nurlan Müseyibli (66 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, turnirdə 32 ölkədən 369 idmançı çıxış edib.














