Azərbaycan Basketbol Liqasının IV turuna yekun vurulub. Son oyunda A qrupu çərçivəsində “Şəki” evdə NTD ilə qarşılaşıb. Şəki Olimpiya İdman Kompleksində keçirilən matç ev sahiblərinin 88:81 hesablı qələbəsi ilə bitib. Bu şimal təmsilçisi üçün cari mövsüm ilk qalibiyyət olub.

Hazırda A qrupunda 8 xala malik “Sabah” və “Abşeron Lions” liderliyi bölüşürlər. B qrupunun birinci isə 8 xallı “Ordu”dur.