Yunanıstanın Rodos adasında şahmat üzrə Avropa Klub Kuboku davam edir. VI turda Azərbaycanın “Vüqar Həşimov” komandası Almaniyadan “Verder Bremen”i 4,5-1,5 hesabı ilə məğlub edib. Hazırda Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Read Səmədov, Vüqar Manafov, Xəzər Babazadə və Qazaxıstandan Nogerbek Kazıbekdən ibarət klub 10 xalla turnir cədvəlində altıncı yerdədir.

Şəhriyar Məmmədyarov və Xaqan Əhmədin oynadığı Türkiyə komandaları “Beyegan Pendik” və “Türk Hava Yolları” hərəyə 9 xalla 8-9-cu yerləri bölüşürlər.

Gövhər Beydullayevanın oynadığı Serbiyanın “Sirmium Sremska Mitrovica” komandası 10 xalla ikinci, Ülviyyə Fətəliyevanın oynadığı Rumıniyanın “Superchess” komandası isə 7 xalla altıncı yerdədir.

Qeyd edək ki, İsveçrə sistemi ilə yeddi turdan ibarət turnir bu gün başa çatacaq.