“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi MLS-in müntəzəm çempionatının bombardiri kimi “Qızıl buts”u qazanıb.
38 yaşlı argentinalı 28 matçda 29 qol vuraraq, ən yaxın izləyiciləri – “Los-Anceles”dən Denis Bouanqa və “Neşvill”dən Sem Sarrici beş qolla qabaqlayıb.
Qeyd edək ki, Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 82 oyun keçirib, 71 qol vurub və 37 məhsuldar ötürmə ilə yadda qalıb.














