Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib. Bu ölkənin seçməsi ilə qarşılaşan yığma 2-1 hesabı ilə qələbə qazanıb. Azərbaycan komandasının qollarını Esra Manya və Sevinc Cəfərzadə vurub. Komandalar arasında ikinci oyun 27 oktyabrda keçiriləcək.