“Ər-Riyad 2025” İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının püşkü atılıb. Reqlamentə əsasən səkkiz iştirakçı komanda hər birində dörd kollektiv olmaqla iki qrupda mübarizə apracaq.
Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə yarışacaq. B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.
Qrup mərhələsinin oyunları noyabrın 4-də start götürəcək. İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Həlledici matçlar noyabrın 11-də keçiriləcək.

















