Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunda daha bir matç keçirilib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan oyunda “Turan” “Gənclər”lə üz-üzə gəlib. Görüş birincilərin 3:0 hesablı qələbəsi ilə bitib. Bu, “Turan”ın mövsümdə ilk qalibiyyəti olub. Qeyd edək ki, daha əvvəl “Gəncə” “Murov Az Terminal” kollektivinə eyni hesabla qalib gəlib. 4 xalı olan qərb təmsilçisi turnir cədvəlinin lideridir.














