UEFA Çempionlar liqası əsas mərhələsinin III turunda həftənin ən yaxşı oyunçusu açıqlanıb. Bu, “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopesdir. “Olimpiakos” qarşı kataloniyalıların 6:1 hesablı qələbə qazandığı matçda het-trik edən 22 yaşlı futbolçu azarkeşlərin səsverməsində “Borussiya Dortmund”dan Feliks Nmeça, “Atletik Bilbao”dan Qorka Quruseta və “PSV Eyndhoven”dən Dennis Manı qabaqlayıb.
Dünya futbolu UEFA Çempionlar liqasında həftənin ən yaxşı futbolçusu seçildi














